Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlı milyarder Türkiyə bankını alır

Azərbaycanlı milyarder Rusiyada fəaliyyət göstərən Türkiyə bankını almağa hazırlaşır.

Xeberinfo.com:  Türkiyədə "FİBA" adlı böyük holdinqin rəhbəri Hüsni Özyegin Rusiyadakı "Kredit Avropa Bank"ı (Credit Europe Bank - red.) satır. Bankın satılmasına səbəb kimi son vaxtlar Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi göstərilir. Bankın ümumi dəyəri 300 milyon dollar dəyərində qiymətləndirilir. 

İddialara görə, bankı almağa ən real namizəd əslən Quba rayonunun Qırmızı Qəsəbəsindən olan azərbaycanlı milyarder Qod Nisanov hesab edilir.

Türkiyə mediasında yayılan məlumata görə, Rusiyada Türkiyə kapitalı ilə fəaliyyət göstərən bankın məhz Moskvanın tanınmış kommersiya qurucusu Qod Nisanova satılacağı gözlənilir. 

Hazırda bank 4,5 milyon fiziki və 16 min hüquqi şəxsə xidmət göstərir. 

Əslən azərbaycanlı olan dağ yəhudisi Qod Nisanovun sərvəti 4 milyard dollar civarında dəyərləndirilir. "Radisson Royal Ukraine", "Royal Ukraine Hotel", Radisson САС, "Slavyanskaya", “Yevropeyski” ticarət mərkəzi, "Food City" tərəvəz bazasının sahibi olan Nisanov 2014-cü ilin yanvarında Rusiya prezidenti Vladimir Putin tərəfindən "Dostluq" ordeni ilə təltif edilib. 

O, "Forbes" jurnalının milyarderlər siyahısında 38-ci yerdə qərarlaşıb


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam