Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Sumqayıt sakinləri Zakir Fərəcovu məhkəməyə verir - FOTOLAR + VİDEO

 

Sumqayıt şəhərinin bir qrup sakini icra hakimiyyətini məhkəməyə verir.

Xeberinfo.com:   Bu barədə AzNews.az-a Sumqayıt sakini Anar Süleymanov məlumat verib. Onun sözlərinə görə, icra hakimiyyətinin məhkəməyə verilməsinə səbəb sahibsiz itlərin günorta vaxtı şəhərin mərkəzi küçələrində işgəncə ilə öldürülməsidir: “Sahibsiz itlərin güllələnməsi ilə əlaqədar dəfələrlə şəhər icra hakimiyyətinə və əlaqədar təşkilatlara müraciət etmişik. İcra hakimiyyətində inzibati komisiyanın sədri və Zakir Fərəcovun müavini Sahib Quliyevə şəxsən müraciət olunub. Amma bu müraciətlərin heç bir nəticəsi olmayıb. Əksinə sahibsiz itlərin güllələnməsi faktları bir az da çoxalıb. İtləri düz şəhərin mərkəzində, şəhər icra hakimiyyətinin binasının qarşısında vururlar. Ən dəhşətlisi isə itləri heç bir təhlükəsizliyə əməl etmədən vururlar”. 

A.Süleymanov qeyd edib ki, edilən şikayətlərdən sonra itləri güllələyən Abuşov Mehmanla bağlı iki protokol yazılıb: “Birinci dəfə xəbərdarlıq edilib. Halbuki onu 500-600 manat cərimə etməli idilər. İkinci dəfə də protokol tərtib olunub, lakin sözügedən şəxsə heç bir cəza verilməyib. Bu, vətəndaşların hüquqlarının kobud şəkildə pozulmasıdır”. 

A.Süleymanov vurğulayıb ki, sahibsiz itlərin güllələnməsini görənlərin arasında uşaqlar da var və bu mənzərə onların psixologiyasına mənfi təsir edir: “Uşaqlardan əlavə, insanlara da pis təsir edir. Bir dostum var, balaca qızı ilə şəhərdə gəzirmiş. Həmin anda itləri güllələyib və onları qan içində maşına atıblar. Bəzilərinin isə meyitlərini küçənin ortasında qoyub gedirlər. Uşaq bu mənzərəni görəndən sonra xəstələnib. Bu, böyük problemdir. Uşaqların psixoloji probleminin pozulması pis nəticələrə gətirə bilər”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam