Türkiyədə daha bir məktəbə silahlı hücum olub -6 nəfər yaralanıb
Türkiyədə məktəbə silahlı hücum olub.
Yenixeberorg.com: NTV-nin xəbərinə görə, hadisə Kahramanmaraşda baş verib.
Hadisə nəticəsində 6 nəfərin yaralandığı bildirilir.
Hadisə yerinə çox saylı tibbi briqadalar və polis qüvvələri cəlb olunub.
Qeyd edək ki, ötən gün Şanlıurfada liseyə silahlı hücum olub, hadisə nəticəsində 16 nəfər yaralanıb. Hücumu törədən şəxs özünü öldürüb.








AZ
RU