Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Üç rayonda itkin şəhidlərimiz torpağa tapşırıldı -FOTO

 

Fevralın 19-da Birinci Qarabağ müharibəsinin itkin şəhidləri Vüqar Səlim oğlu Babayev Göyçayda, Azad Sabir oğlu Cəlilov Ucarda, Fərman Məhəmməd oğlu Feyzullayev İsmayıllıda dəfn olunublar.

Yenixeber.org xəbər verir ki, vida mərasimlərindən sonra Vüqar Səlim oğlu Babayev Göyçay şəhər Şəhidlər xiyabanında, Azad Sabir oğlu Cəlilov Ucar rayonunun Alpoud kəndində, Fərman Məhəmməd oğlu Feyzullayev isə İsmayıllı rayonunun İstisu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimlərində hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb. Mərasimdə yerli sakinlər, şəhidlərin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Vüqar Səlim oğlu Babayev 1972-ci il aprelin 16-da Göyçayın Qarabaqqal kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşmüş sayılırdı.

Azad Sabir oğlu Cəlilov 1975-ci il fevralın 14-də Ucarın Alpout kəndində anadan olub. 1994-cü il fevralın 6-da Kəlbəcər rayonunun Bağırlı kəndi, Murovdağ silsiləsində gedən döyüşlər zamanı itkin düşmüşdü.

Fərman Məhəmməd oğlu Feyzullayev 1971-ci il aprelin 20-də İsmayıllı rayonunun İstisu kəndində anadan olub. O, 1994-cü ildə Kəlbəcər rayonu, Murovdağ silsiləsində gedən döyüşlər zamanı itkin düşmüş sayılırdı.

Uzun illər itkin hesab olunan hərbçilərimizin nəşlərinin qalıqları müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailələrinə təhvil verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam