Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"DTX-da kadr islahatları aparılır"

 

 

"Bəzi rayonlarda baş verən etiraz aksiyaları manatın devalvasiyası ilə bağlı deyildi".

Xeberinfo.com:   Məlumata görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib. Onun sözlərinə görə, sadəcə, işləmək istəməyən insanlar belə bir cəhd edirlər: `Deyirlər, bankdan pul götürmüşük, bu pullar silinsin. Bu məsələləri dövlət başçısına məruzə etdik`.

O qeyd edib ki, bütün dünyada, o cümlədən, neft ölkələrində böhran baş verib: `Amma Azərbaycanda bu vəziyyətin aradan qaldırılması üçün analoqu olmayan addımlar atılır. Baxın, ölkədə unun qiyməti aşağı salındı, digər ərzaqların da qiymətləri nəzarətdə saxlanılır. Milli valyutamızın dəyərini qoruyub-saxlamağa çalışırıq. Hər şey Prezident İlham Əliyevin nəzarətindədir`.

Mədət Quliyev işçilərin sayının 30 faiz azaldıldığını qeyd edib: “Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılanda qarşımıza tələb qoyuldu ki, hər iki qurum müasir tələblərə cavab verməlidir. Bizə bir ay vaxt verilmişdi. Bu müddət ərzində gördüyümüz işlərlə bağlı dövlət başçısına məlumat verdik. İndi öz səlahiyyətlərimiz çərçivəsində fəaliyyətimizi davam etdiririk.

Planımız odur ki, əməkdaşlarımızın fəaliyyəti daha operativ və çevik olsun. İki qurum arasında işgüzar münasibətlər var. Məlumat mübadiləsi aparırıq. Həmin qurumda da kadrlarla bağlı islahatlar aparılır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam