Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirlikdən "çörək" açıqlaması

İqtisadiyyat Nazirliyindən çörək açıqlaması...

 

 

İqtisadiyyat Nazirliyi unun və çörəyin Azərbaycanda və qonşu ölkələrdəki qiymətləri ilə bağlı məlumat yayıb.
Xeberinfo.com:   Həmin məlumatda deyilir:
"Məlumat verildiyi kimi, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olunmuşdur. Bunun nəticəsi olaraq, hazırda 50 kiloqramlıq 1 kisə əla növ buğda unuunun pərakəndə satış qiyməti ölkə ərazisində 23-24 manatadək enib.
Qeyd edək ki, unun yeni qiymətləri qonşu ölkələrdəkindən xeyli aşağıdır. Müqayisə üçün; Gürcüstanda 50 kiloqramlıq 1 kisə əla növ buğda ununun pərakəndə satış qiyməti 31-32 manat, Türkiyədə 30-33 manat arasındadır. Çörəyin qiymətinə gəlincə isə, Azərbaycanda hazırda əla növ buğda unundan bişiriimiş 500 qramlıq çörəyin pərakəndə satış qiyməti 30 qəpik təşkil edir. Əla növ buğda unundan bişirilmiş çörəyin 500 qramının pərakəndə satış qiyməti Gürcüstanda 50-70 qəpik, Türkiyədə 1.10-1.20 manat, Rusiyada 60-80 qəpik arasında dəyişir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam