Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azərişıq” Ağdamın elektrik şəbəkəsini yeniləyir -VİDEO

azerisiq-agdamin-elektrik-sebekesini-yenileyir

“Azərişıq” ASC bütün regionlarda olduğu kimi Ağdamın da elektrik təsərrüfatını yenidən qurur.

Yenixeber.org: Rayonun Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinə köç edən sakinlər üçün 0.4 kV-luq yeraltı xətlər, 35 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilib, üç kənddə ümumilikdə 30 müasir tipli Transformator Məntəqəsi (TM) quraşdırılıb. Yaşayış məntəqələri SMS tipli müasir sayğaclarla təchiz olunub.

Baş Qərvənd, Güllücə, Suma, Nəmirli kəndlərinə qədər 35 kV-luq kabel hava xəttinin çəkilişi yekunlaşıb, Paylayıcı Qurğular (PQ) quraşdırılıb. Növbəti günlərdə Eyvazxanbəyli istiqamətində işlərə start veriləcək.

Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən Azərişıq” ASC ölkənin bütün regionlarında əsaslı təmir-bərpa və yenidənqurma işlərini davam etdirir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam