Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dərman mafiyasının gizlinləri

 

Səhiyyə Nazirliyinin icazəsi olmadan 844 adda dərman vasitəsi ölkəyə necə idxal olunub?

Xeberinfo.com:   Xəbər verildiyi kimi Səhiyyə Nazirliyi Azərbaycanda  müxtəlif adda olan 844 adda dərman vasitəsinin dövriyyəsinə qadağa qoyub. Bu dərmanlar artıq tibbdə istifadə olunmayacaq. Dövriyyəsi qadağan edilən dərmanların sırasında Rusiya və Türkiyə istehsalı olan dərmanlar daha çox üstünlük təşkil edir. Onların arasında əhali tərəfindən gündəlik həyatda istifadə olunan və adları hər kəsə yaxşı tanış olan dərmanlar da var.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət Inspeksiyasının rəisi Pərviz Əzizbəyov bu məsələyə aydınlıq gətirərkən maraqlı açıqlamalar verib. “Müəyyən mərhələdə dərman vasitəsi bir seriya ilə idxala buraxılır. Növbəti mərhələdə isə həmin dərman vasitəsi eyni formada və dozada başqa seriya nömrələri ilə buraxılır. Misal olaraq, bəzən elə dərman vasitəsi olur ki, Azərbaycana idxal olunanda onun 5-6, hətta 10 seriyası olur. Mərkəzin rəsmi internet səhifəsində qeyd olunan 844 dərman vasitəsi isə Səhiyyə Nazirliyinin icazəsi olmadan ölkəyə idxal olunub. Ona görə də onların dövriyyəsinə qadağa qoyulub. Lakin siyahıda adları olan dərmanların başqa seriyalarına bu qadağa şamil edilmir”,-deyə o “Şərq” qəzetinə bildirib.

Pərviz Əzizbəyovun bu açıqlaması əslində hökumətin ifşasıdır. Təsəvvür edin, Səhiyyə Nazirliyinin rəsmisi açıq şəkildə bəyan edir ki, 844 dərman vasitəsi qurumun icazəsi olmadan ölkəyə idxal olunub. Məlumat üçün deyək ki, Azərbaycanda təxminən 4500 adda dərman dövriyyədədir. Aydın olur ki, bunun 844-ünə Səhiyyə Nazirliyi icazə verməyib. Bəs bu dərmanları ölkəyə kim gətirib? Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, hüquq-mühafizə orqanları hansı səbəbdən bunun qarşısını ala bilməyiblər? Niyə vətəndaşların taleyinə biganə yanaşılıb? Pərviz Əzizbəyov bu suallara aydınlıq gətirməyib. Biz aydınlıq gətirməyə çalışacağıq. Azərbaycanda dərman biznesi ilə adi sahibkarların məşğul olmadığı bəllidir. Illərdir mətbuat yazır ki, dərman biznesi hakim ailənin monopoliyasındadır. Mərhum Heydər Əliyevin hakimiyyəti illərində bu sahə onun mərhum qardaşı Aqil Əliyevin nəzarətində idi. Ilham Əliyev hakimiyyətə gələndən sonra sonra isə Paşayevlər Aqil Əliyevin oğlu Ilqar Əliyevi bazardan çıxardılar. Dərman biznesi demək olar ki, tamamilə Paşayevlərin nəzarətinə keçdi. Məhz bu səbəbdəndir ki, Səhiyyə Nazirliyinin icazəsinə əhəmiyyət verilməyib. Oqtay Şirəliyev və həmin dərmanların ölkəyə idxalında məsuliyyət payı olan dövlət gömrük komitəsinin sədri Aydın Əliyev də Paşayevlərdən ehtiyat edərək baş verənləri sükutla izləyib.

Görünür, artıq vəziyyət təhlükəli həddə çatdığı üçün hakimiyyətin zirvəsi müəyyən addımlar atmaq qərarına gəlib.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam