Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Elçin Əliyevin “sağ əli” işinin başındadır" - MTN Salyan RŞ-nin sahibkar rəisi

 

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində ötən il oktyabrın 17-də nazir Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılması ilə başlayan əməliyyat-istintaq tədbirləri bu gün də gündəmin ən aktual mövzularından biri olaraq qalır.

Xeberinfo.com:   Çox böyük ehtimalla, həbs olunan 20-dən artıq yüksək rütbəli MTN zabitinin – general və polkovniklərin məhkəmə prosesi tam yekunlaşana, eyni zamanda Eldar Mahmudov və yaxın cinayətkar ətrafının taleyinə aydınlıq gələnə kimi bu mövzu gündəmdəki yerini qoruyub saxlayacaq.

Hazırda isə cəmiyyəti düşündürən ən ciddi məsələlərdən biri MTN bandası ilə bağlı istintaqın nə dərəcədə prinsipial və ardıcıl olacağı, başda Eldar Mahmudov olmaqla, uzun illər soyğunçuluq, qətl, banditizm kimi ağır cinayətlərlə məşğul olmuş dəstənin bütün üzvlərinin ifşa olunub-olunmayacağı, eyni zamanda şəxsən Eldar Mahmudovun həbsi məsələsidir. Əldə olunan bir çox məlumatlar, həmçinin müşahidələr istintaqın Eldar Mahmudovun həbsinə doğru kurs götürdüyünü göstərməkdədir. Lakin istintaqın bu qədər geniş miqyaslı ağır cinayətlərə görə həbsləri 20 nəfərlə məhdudlaşdırması, ilk dalğada həbsə atılan 19 nəfərdən sonra cəmi 1 nəfərin – keçmiş Antiterror Mərkəzinin rəisi general-mayor Elçin Quliyevin qandallanması müəyyən qədər narahatçılıq yaradır.17 oktyabrdan sonra adı bir çox ağır cinayətlərdə hallanan bəzi yüksək rütbəli MTN zabitlərinin məsuliyyətə cəlb olunmaması isə hətta istintaqın prinsipiallığı ilə bağlı müəyyən şübhələrə də yol açır. Məsələn, sahibkarlara, ayrı-ayrı imkanlı şəxslərə qarşı şantaj və böhtanla soyğunçuluq əməliyyatlarında adı qırmızı xəttlə keçən MTN Baş İstintaq İdarəsinin bir sıra vəzifəli şəxsləri, başda idarə rəisi Mövlan Şıxəliyev, rəis müavini Sahib Ələkbərov və başqaları olmaqla, hələ də məsuliyyətdən kənardadırlar.İndiyədək KİV-lərdə yayılmış məlumatlar, şikayətçilərin danışdıqları əsasında bu siyahını uzatmaq da olar.

Salyan1Ən maraqlısı isə odur ki, vaxtilə MTN-də ifşa olunan cinayətkar dəstəyə xüsusi yaxınlığı ilə seçilmiş xeyli sayda adam isə nəinki məsuliyyətə cəlb olunmayıb, hətta təhlükəsizlik orqanlarından belə uzaqlaşdırılmayıb, işinin başındadır. Məsələn, E.Mahmudovun komandasının fəal üzvü, keçmiş nazir müavini Elçin Əliyevin “sağ əli” – iş ortaqlarından biri kimi tanınan MTN Salyan rayon şöbəsinin rəisi Eldəniz Baqiyev hələ də işinin başındadır (MTN ləğv olusa da, yeni yaradılan Dövlət Təhlükəsizliyi Xidmətinin strukturları formalaşmadığından əvvəlki strukturlar fəaliyyətini davam etdirir-red). Məlumatlı mənbənin bildirdiyinə görə, E.Baqiyev Salyanda bir çox obyektləri, o cümlədən hektarlarla istixanaların (parnikləri) öz nəzarəti altında saxlamaqda davam edir. Bu gün də “sahibkar”-çekistin sözünün qarşısında söz deyən yoxdur.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam