Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Universitet müəllimi diplom satarkən yaxalandı

 

Dələduzluqla məşğul olan şəxs cinayət başında yaxalanıb.

  "xeberinfo.com": Baş Prokurorluğun mətbuat xidmətindən əldə etdiyimiz  məlumata görə, Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Özünü Bakı Slavyan Universitetinin müəllimi kimi təqdim edən Şəlalə Hüseynovanın Bakı şəhər sakinindən ona ali təhsil haqqında diplom təşkil edəcəyi adı ilə 8.0 min manat pul tələb edərək həmin məbləğin 3.700 manatını alıb, sonradan qalan 4.300 manatını alarkən cinayət başında yaxalanmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış əməliyyat tədbirləri zamanı Ş.Hüseynovanın yaşadığı mənzildən müxtəlif vətəndaşlara aid şəxsiyyət vəsiqələrinin surətləri, pasportlar, diplomlar, attestatlar, müvəffəqiyyət kitabçaları, hərbi biletlərin surətləri və istintaq üçün əhəmiyyət kəsb edən digər sənədlər aşkar edilərək götürülüb.

Ş.Hüseynova Cinayət Məcəlləsinin həmin maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək himayəsində iki azyaşlı övladının olması nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda Ş.Hüseynova tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam