Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənilərdən ölkəmizə qarşı təxribat: Bu dəfə nazirliklərə hücum edildi

 

Erməni hakerlər Azərbaycan nazirliklərinin saytlarına hücum təşkil ediblər. 

Xeberinfo.com:  Məlumata görə, bu barədə “Cyber Army” adlı haker qrupu xəbər yayıb. 

Məlumata görə, erməni hakerlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin internet saytlarını dağıdıblar. Amma hazırda hər iki dövlət qurumunun saytına daxil olmaq olur. 

Məsələ ilə əlaqədar hər iki nazirliklə əlaqə saxladıq. FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov açıqlamasında bildirdi ki, saytın fəaliyyətində heç bir problem yoxdur. “Haker hücumu ilə bağlı yayılan məlumatlar yalandır. FHN-in internet saytı 24 saat fəaliyyət göstərir”.


Fövqəladə Hallar Nazirliyinin saytı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev də bildirdi ki, gün ərzində nazirliyə məxsus internet səhifəsinin fəaliyyətində heç bir problem olmayıb və istifadəçilər çətinlik çəkmədən sayta daxil ola və məlumatları əldə edə biliblər.

Erməni haker qrupu hücumu cəbhə xəttində baş verən insidentlərlə əlaqələndirib. Xəbərdə bildirilir ki, Azərbaycanın xüsusi təyinatlı dəstəsi dekabrın 18-də 4 istiqamətdən hücuma keçib. Baş verən döyüş nəticəsində Ermənistan ordusunun üç hərbçisi həlak olub.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytı


Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan ordusunun əsgərlərinin ikisi gecə təmas xəttində atışma zamanı öldürülüb. Ölən əsgərlər bunlardır: Aqazi Qriqoryan (1996-cı il) və Ruben Aleksanyan (1996-cı il). Daha bir nəfər 1992-ci il təvəllüdlü Qor Oqanyandır. Onun hansı şəraitdə öldüyü araşdırılır. 

Bu erməni hakerlərin ilk belə addımı deyil. Hakerlər noyabr ayında Azərbaycan İpoteka Fondunun (AİF) saytına hücum etmişdilər.

Həmin vaxt sayt ASALA terror təşkilatının hakerləri tərəfindən dağıdılmışdı. 

Fondun www.amf.az saytına girərkən ingilis dilində ASALA tərəfindən kiberhücum (Hacked by A.S.A.L.A.) və ya "Veb səhifə açılmır" ("Веб-страница недоступна") yazısı görünüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam