Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Daha bir komitə ləğv edilir

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilməsi üçün islahatlar başlayıb.

 

Xeberinfo.com:   Məlumata görə, komitənin bir neçə alt qurumu ləğv edilib və çoxlu işçi ixtisar olunub. Son bir neçə ay ərzində komitənin 200-ə yaxın işçisi çıxarılıb. Təxminən 3-4 ay öncə başlayan islahatlarla komitənin “Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu”nda, Aparata daxil olan şöbələrdə və digər Xidmət İdarələrində 100-ə yaxın işçi vəzifəsindən azad olunub.

Komitənin daxilində olan “Təcrübə-Sınaq Mərkəzi”nin də son bir ay ərzində paytaxtda yerləşən idarəsindən 60-a yaxın, Gəncədəki şöbəsindən isə 20-ə yaxın işçi ixtisar edilib. Mərkəzin Sertifikat şöbəsi tamamilə ləğv edilib. Hazırda komitənin ləğv edilməsi istiqamətində işlər görülür. Komitəyə daxil olan idarələrin digər oxşar nazirliklərə birləşdiriləcəyi gözlənilir.

“Qafqazinfo”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam