Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Ukrayna Prezidenti: Trampın 500 milyard dollar tələbi qeyri-ciddidir

 

ABŞ Prezidenti Donald Trampın ölkəsinin Ukraynaya sərf etdiyi 500 milyard dollar vəsaiti geri qaytarması tələbi ciddi söhbət deyil.

Yenixeber.org xəbər verir ki, bunu Kiyevdə keçirilən mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Bu yardımla bağlı aydınlıq gətirmək lazımdır, bizim ABŞ ilə tamamilə fərqli rəqəmlərimiz var. Müharibə bizə 320 milyard dollara başa gəlib. 120 milyard dolları Ukrayna, 200 milyard dolları isə ABŞ və Aİ xərcləyib, bu, silah paketidir. Ümumilikdə ABŞ bizə bu gün üçün 67 milyard dollardan çox silah və 31,5 milyard dollar birbaşa büdcə yardımı edib. Lakin ABŞ-yə 500 milyard dollar qaytarmağımız barədə söhbət ciddi deyil", - o bildirib.

Qeyd edək ki, daha əvvəl Tramp Ukraynaya ABŞ hökuməti tərəfindən xərclənən bütün pulları geri qaytarmaq istəyə biləcəyini istisna etməyib. O qeyd edib ki, təxminən 500 milyard dollar məbləğində Ukraynanın nadir torpaq metalları şəklində ekvivalent almaq istərdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam