Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Qayıtmasam, məni bağışla" - İtkin neftçinin son sözləri -VİDEO

 

“Uşaqlardan muğayat ol, bəlkə qayıtmadım"
"Qayıtmasam, məni bağışla”
Xeberinfo.com:   İtkin düşən neftçinin həyat yoldaşına etdiyi sonuncu telefon zəngində son sözləri belə olub. 
Şirvan şəhərindən olan Bayram Mirzəağa oğlu Qasımov “Günəşli” neft yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğında itkin düşənlərdən biridir. Yaxınlarının bildirdiyinə görə, hadisə günü həyat yoldaşına zəng edən Bayram Qasımov həyəcanlı olub.
”Yoldaşına deyib ki, uşaqlardan muğayat ol. Elə bu zaman qışqırıq olub. Yoldaşı deyir ki, qışqırıq oldu, sonra səs kəsildi” - deyə Bayram Qasımovun qohumları bildiriblər.
Bayram valideynlərinin yeganə övladı olub. 3 övlad atası olan 37 yaşlı neftçi ailəsini alın təri ilə dolandırırmış.”
"15 gün işləyirdi, dənizdə olurdu. 15 gün gəlirdi. Ailəni o dolandırırdı. Anası rəhmətə gedib, atasının ili də təzə çıxıb” - deyə Bayram Qasımovun qohumları vurğulayıblar.
Neftçinin böyük övladı Məmmədağa 15, ortancıl oğlu Nurlan 11, ailənin sonbeşiyi Məleykə isə 6 yaşındadır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam