Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda ötən il yaşıl enerji istehsalı 2 dəfəyə yaxın artıb

 

Azərbaycanda ötən il yaşıl elektrik enerjisinin istehsalı 28 394,1 mln. kVt·st olub.

Yenixeber.org xəbər verir ki, ötən il ərzində elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarda (İES) 24 543,2 mln. kVt·st, Su Elektrik Stansiyalarda (SES) 3 011,0 mln. kVt·st, digər mənbələr üzrə isə 839,9 mln. kVt·st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 51,1 mln. kVt·st, günəş elektrik stansiyalarında 556,3 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 232,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Beləliklə, 2024-cü il ərzində yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 2023-cü ilə nisbətən 1 728,7 mln. kVt·st artaraq 3 850,9 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25 138,6 mln. kVt·st (İES-lərdə 22 322,9 mln. kVt·st, SES-lərdə 2 815,7 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 490,4 mln. kVt·st (İES-lərdə 253,4 mln. kVt·st, SES-lərdə 176,2 mln. kVt·st, GES-də 60,8 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 38,5 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 2 726,6 mln. kVt·st təşkil edib.

Bu dövrdə elektrik enerjisinin ixracı 1 397,5 mln. kVt·st, idxalı isə 170,5 mln. kVt·st olub.

Qeyd edək ki, 2024-cü ilin dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 466,4 mln. kVt·st olub. Bu dövrdə elektrik enerjisinin ixracı 142,3 mln. kVt·st, idxalı isə 10,6 mln. kVt·st təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam