Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Azərbaycandan Əfqanıstan Milli Ordusu Etimad Fonduna yardım

 

Afghan_soldiers_army_090712_albom

 

Azərbaycan Əfqanıstan Milli Ordusu Etimad Fonduna 2 milyon avro yardım edəcək. 

 

Xeberinfo.com:   Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə NATO Qətiyyətli Dəstək Nazirlər toplantısında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu gün Əfqanıstanda problemlər qalmaqdadır: “Biz əfqan dostlarımızla daha çox işlər görməliyik. Azərbaycan bu məqsədlə öz səylərini davam etdirmək və qoşun, multimodal tranzit, təlim və maliyyə yardımı təminatı ilə Qətiyyətli Dəstək Missiyasına (QDM) əhəmiyyətli dərəcədə töhfə vermək əzmindədir. Bu baxımdan, mən ölkəmin QDM-ə eyni sayda heyətdən ibarət qoşunla verdiyi töhfəsinin 2016-cı il ərzində də davam etdiriləcəyini bir daha bildirirəm”.
Onun sözlərinə görə, əlavə olaraq, Azərbaycan Əfqanıstan Milli Ordusu Etimad Fonduna artıq 1 milyon avro ianə şəklində yardım edib və 2017-ci ilin sonuna qədər Əfqanıstan Milli Ordusu Etimad Fonduna 2 milyon avro töhfə verəcək. İlk tranş artıq NATO/Əfqanıstan Milli Ordusu Etimad Fonduna köçürülüb.
E.Məmmədyarov əlavə edib: “Bundan başqa, mən QDM-in tamamlanmasından sonra NATO-nun gücləndirilmiş Davamlı Tərəfdaşlıq missiyasına qoşulmaq üzrə prinsipial razılığımızı vurğulamaq istərdim”.
Nazir bildirib ki, Azərbaycanın Əfqanıstanın sabitliyinə töhfəsi NATO əməliyyatlarında iştirakdan genişdir: “Biz təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, investisiyalar sahəsində və maliyyə yardımı vasitəsilə əməli töhfələrimizi artırmaqla, Əfqanıstanı öz-özünü təmin etmək məqsədilə tutduğu islahatlar yolunda dəstəkləyirik. Azərbaycan Əfqanıstanı Avropa ilə birləşdirəcək və bununla Əfqanıstanın davamlı gələcəyi üçün imkanlar açacaq Yeni İpək Yolunun mühüm hissəsidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam