Bayden Almaniyaya gedəcək
ABŞ prezidenti Co Bayden gələn həftə Berlinə səfər edəcək.
Yenixeber.org: Məlumata görə, o oktyabrın 10-da Almaniyaya gəlməli idi, lakin Milton qasırğası səbəbindən səfər təxirə salınmışdı. KİV yazır ki, Ukraynanın müttəfiqlərinin qeyri-müəyyən müddətə təxirə salınan Ramşteyn formatında görüşü yaxın gələcəkdə baş tutmayacaq.
Telekanalın məlumatına görə, Co Bayden oktyabrın 18-də Berlinə səfər edəcək. O, Almaniya kansleri Olaf Şolz və ölkə prezidenti Frank-Valter Ştaynmayerlə görüşəcək.
Qeyd olunur ki, səfərin proqramı ilkin planlaşdırılanlarla müqayisədə “əhəmiyyətli dərəcədə azaldılıb”.