Kaliforniyada bir şirkət elektriklə işləyən hava taksisi istehsal edib.
Yenixeber.org: Məlumata görə, Nyu Yorkda nümayiş etdirilən uçan taksilər vətəndaşların böyük marağına səbəb olub.
Kaliforniyada yerləşən Joby Aviation şirkəti Toyota-dan aldığı investisiya dəstəyi ilə elektrikli hava taksisi layihəsini həyata keçirir.
Layihə Nyu-Yorkdakı Grand Central Terminalın Vanderbilt zalında ictimaiyyətin baxışı üçün açılıb.
ABŞ Federal Aviasiya Administrasiyasından uçuş üçün tələb olunan icazə prosesi hələ tamamlanmadığı üçün hələ ABŞ-da uça bilməyən hava taksisinin gələn il Dubayda uçuşlara başlaması planlaşdırılır.