Redaktor seçimi
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
Günün xəbəri

Respublika Veteranlar Təşkilatı İlham Əliyevə təşəkkür etdi 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
Yenixeber.org: Məktubda deyilir:

"Cənab Prezident!

Elə tarixi şəxsiyyətlər, əvəzolunmaz simalar, tərcümeyi-halı ilə tarix yaradan insanlar var ki,  onlar ulu öndər Heydər Əliyevin dili ilə desək, fəaliyyətləri ilə daima xalqımıza, dövlətimizə başucalığı gətirmişlər. Onlardan biri də  Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı, vətən qarşısındakı xidmətlərinə görə  çoxsaylı orden və medallarla, "İstiqlal" ordeni ilə təltif olunmuş Fatma xanım Səttarova idi.

1941- 1945-ci illər müharibəsində  və ondan sonrakı quruculuq illərində fədakarlıqlar göstərmiş bu əvəzsiz insan, həm də müstəqillik illərindəki fəaliyyəti ilə xalq məhəbbəti, dövlət sevgisi qazanmışdır.

Fatma xanım Səttarovanın çoxsaylı uğurlarının və naliyyətlərinin ən böyük memarı Ulu öndər Heydər Əliyev idi. Fatma xanım Ümumilli liderin dövlət idarəçilik məktəbinin ən qiymətli müdavimlərindən biri olmaqla yanaşı, həm də onun azərbaycançılıq məfkurəsinin vətənpərvərlik idealogiyasının təbliğatçılarından idi. O, həm də Ulu öndərimizin tələbə yoldaşı kimi qəlbində çoxsaylı gənçlik xatirələri daşıyırdı. Fatma xanım bütün fəaliyyəti ilə vətənə sevginin, milli təəssübkeşliyin, zəhmətsevərliyin, ailə dəyərlərinə, ocağ ruhuna sədaqətin nümunəsi idi. Onun sonsuz vətən sevgisi Ulu öndərin, Sizin və ölkəmizin Birinci vitse-prezdenti xanım Mehriban Əliyevanın xeyirxağlıq, yaxşılıq,  məhəbbət və mərhəmət duyğuları ilə şölələnirdi. Fatma xanım 102 il ömür yaşadı.  Təkcə Azərbaycan vətəndaşlarına deyil, MDB ölkələrinin insanlarına da nümunə oldu. Müharibənin özü ilə birlikdə gətirdiyi fəlakətin acılarını tarixi çıxışları ilə sübut etdi, insanlara çatdırdı. Dözümü, cəsarəti və ləyaqəti ilə gənçliyə, qadın ucalığına, ana siqlətinə, ictimai xadim əzəmətinə şərəf gətirdi. İstər milli azadlıq hərəkatı dövründə, istər Birinci Qarabağ savaşında, istər 44 günlük Vətən müharibəsində nümunəyə çevrildi.

Cənab Prezident!

Fatma xanım ölkəsini, vətənini, millətini sonsuz hüdudları məlum olmayan  bir məhəbbətlə sevirdi, ulu öndər Heydər Əliyevlə,  Sizinlə, xanım Mehriban Əliyeva ilə qürur duyurdu. Bütün çıxışlarını Azərbaycan sevgisi ilə başlayır, Ulu Öndər, Müzəffər Ali Baş Komandan və Birinci xanımla bitirirdi. Sizin ona  daimi qayğınızla isə ömrü uzanırdı. Məhz sizin sərəncamlarınızla Fatma xanımın mənzil-məişət şəraiti yaxşılaşmış, ona Prezident təqaüdü verilmiş, "İstiqlal" oredeni ilə təltif olunmuşdu.

Azərbaycan  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının çoxsaylı üzvləri adından mərhum sədrimizin, İkinci Dünya müharibəsinin iştirakçısı, ölkəmizin ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyət göstərmiş Fatma xanım Səttarovanın ruhuna ehtiramınıza, imzaladığınız  nekroloqa,  II Fəxri xiyabanda ayırdığınız torpaq müqəddəsliyinə, son mənzilə yolasalma mərasiminin yüksək səviyyədə təşkilinə görə Sizə və çox hörmətli Mehriban xanıma  təşəkkür edir, minnətdarlığımızı bildiririk".

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından sədr vəzifəsinin icraçısı, polkovnik Cəlil Xəlilov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam