Prezident və birinci xanım Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib-FOTO
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı Fatma Səttarovanın dəfn mərasiminə əklil göndərib.
Yenixeber.org-un məlumatına görə, əklil mərhumənin məzarı üstünə qoyulub.
Qeyd edək ki, F.Səttarova bu gün vəfat edib və II Fəxri xiyabanda torpağa tapşırılıb.