Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Təhsilli gənclik - gələcəyin açarıdır” layihəsinin seminarı davam edir

 

“Təhsilli gənclik - gələcəyin açarıdır” adlı layihə çərçivəsində daha bir seminar keçirilib.

 

Xeberinfo.com:  02 noyabr 2015-ci il tarixdən etibarən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nərimanov rayonunda fəaliyyət göstərən ali təhsil müəssisələrində “Təhsilli gənclik - gələcəyin açarıdır” adlı layihənin seminarları və treninqləri keçirilir. 

Layihənin məqsədi gənclərin dövlət üçün yararlı gənc ixtisaslı kadr olmaqları üçün düzgün ixtisas seçiminin üstünlüklərinin aşılanması, gənclərin liderlik bacarıqlarının, şəxsi inkişaflarının, təşkilati quruculuq, komanda və fərdi şəkildə fəaliyyət göstərə bilmələri ilə yanaşı düzgün qərar qəbul etmək kimi bacarıqlarının inkişaf etdirilməsidir.

Növbəti seminar 05 noyabr 2015-ci il tarixdə “Odlar Yurdu” Universitetində keçirilmişdir. 

Seminarda “Odlar Yurdu” Universitetinin Ümumi işlər üzrə prorektoru Vüqar Şahinzadə, “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin sədr müavini Ləman Muradova, “Gənclər üçün Təhsil Mərkəzi”nin direktoru  Fəxrəddin Həsənzadə  və “Mənim təhsilim – mənim gələcəyim” adlı kampaniyanın rəhbəri Rövşən Nəcəfov gənclərə təlimlər keçmiş, gəncləri maraqlandıran sualları cavablandırmışlar.

 











Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam