Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Namizədliyimi geri götürmək üçün 1 milyon təklif etdilər”

 

Noyabrın 1-də keçirilən parlament seçkilərində deputat mandatı uğrunda mübarizəyə qoşulanların bəziləri səsvermənin nəticəsindən razı qalmayıblar.
Xeberinfo.com:   Məlumata görə, 27 saylı Sabunçu İkinci Seçki Dairəsindən namizədliyini irəli sürən professor, şair Vüqar Əhməd bu dairədə baş verən pozuntular barədə fikirlərini bölüşüb. Onun sözlərinə gör,ə dairədən deputat seçilən Dilarə Cəbrayılovanın qalibiyyətində Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevin də böyük xidmətləri var:
“Kürdəxanıdakı  məntəqə sədrinin səs yazısı var. Orada barəmdə deyilir ki, tanınmış adamdır, ikinci edəcəyik. Başçı deyib Dilarə keçməlidir. Zabratda İstixanada seçkiyə yüz nəfər gəlib. Onların 90-nı mənə səs verib.
563 səs Dilarə Cəbrayılova üçün  əlavə ediblər. Məntəqə sədri Mahirə xanım deyir ki, Vüqar müəllimə deyin, onu sevirik, amma başçı deyib ki, Dilarə keçməlidir”.
Şairin sözlərinə görə, müşahidəçilərinin bir neçə məntəqədə apardığı müşahidələr zamanı bülletenlərin qalaqlanaraq qutuya atılmasının şahidi olublar:
“Balaxanıda müşahidəçim qeydlər aparıb. Validə Bağırova, Sevil müəllimə göz qabağında bülletenləri dəstələyib atırmış.
Vəkillərim Əkbər Məmmədzadə, Ənnağı bəy çoxlu qanun pozuntusu aşkar edib Mərkəzi Seçki Komissiyasına şikayət ərizəsi yazıblar. Amma o şikayətlərə baxılmadı.
Bütün faktları mesajla Məzahir Pənahovun mobil telefonuna göndərdim, reaksiya vermədi. O ərazilərdə yaşayanlar Dilarə xanımı tanımır. O, əgər 100 səs yığıbsa, böyük şeydir”.
Vüqar Əhməd seçki məsələsində icra başçısı Adil Vəliyevin böyük “xidmət”lərinin olduğunu qeyd edir:
“10 il Eldar Mahmudovun cinayətlərini cənab prezidentdən gizlətdilər, axırda üstü açıldı. Adil Vəliyevin də bütün qanunsuzluqlarından prezidentin xəbərsiz olduğuna  cinayətlərindən inanıram.
Onsuz da neçə illərdir mənəvi repressiyadaydım, indi mənəvi terrora məruz qaldım.
Dairə Seçki Komissiyasının sədrinə hörmət etsəm də, o da satıldı. Mənə namizədliyimi geri götürmək üçün 1 milyon pul təklif elədilər, satılmadım. 100 min məntəqə sədrlərinə verdilər, icra nümayəndələri, məktəb direktorları satıldılar. 11 müşahidəçimin hamısı qanun pozuntusu ilə rastlaşıb”.
(modern.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam