Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Son hadisələrlə bağlı MTN-dən açıqlama

mtn_bina_yeni_main_180215_2

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) son günlər yayılan məlumatlara münasibət bildirib.

"Xeberinfo.com":   Məlumat verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Qurumun İctimai Əlaqələr İdarəsindən Trend-ə daxil olan məlumatda deyilir: “Lakin son vaxtlar intensiv surətdə yoxlanılmamış və həqiqətə uyğun olmayan, şayiə xarakterli məlumatlar verilir. Həmin şayiələrdə guya Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli və vəzifəli əməkdaşlarının “həbs olunması”, habelə onların xidmətlə bağlı olmayan fəaliyyətləri barədə məlumatlar yayılır. O da qeyd olunmalıdır ki, bu cür yalan, böhtan və təhqir xarakterli informasiyaların yayılması yolverilməzdir”.

Qeyd olunur ki, Milli Təhlükəsizlik Nazirliyi ölkədə sabitliyin və təhlükəsizliyin etibarlı təmin edilməsi üzrə fəaliyyətini əzmlə davam etdirir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bütün əmr və göstərişləri dərhal və vicdanla yerinə yetirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam