Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"“CBC Sport” telekanalları məhkəməyə verməlidir"

MTRSH

Milli Televiziya və Radio Şurası (MTRŞ) bəzi televiziya kanallarının “Topaz” Premyer Liqasının oyunlarının görüntülərini “CBC Sport” telekanalına müraciət etmədən yayımlamasına münasibət bildirib.

"Xeberinfo.com":   Məlumata görə, MTRŞ-nın hüquq şöbəsinin müdiri Nemət Cavadov APA-ya bildirib ki, “CBC Sport” telekanalı oyunların görüntülərini ona müraciət etmədən yayımlayan telekanalları məhkəməyə verməlidir: “Topaz” Premyer Liqasının oyunlarının yayım hüququnu AFFA “CBC Sport” telekanalına satıb. “CBC Sport” da oyunların görüntülərini özbaşına yayımlayan telekanalları məhkəməyə verməlidir. Bu məsələ məhkəmə qaydasında həll olunmalıdır”.
N. Cavadov qeyd edib ki, bu məsələyə Şura müdaxilə edə bilməz, çünki söhbət müəlliflik hüququndan gedir.
Qeyd edək ki, “Topaz” Premyer Liqasının oyunlarının yayım hüququ AFFA tərəfindən “CBC Sport” telekanalına satılıb. “CBC Sport” 700 min manat ödəyərək “Topaz” Premyer Liqasının eksklüziv yayım hüququna yiyələnib. AFFA, PFL və klublar saytlara, televiziya kanallarına oyunların görüntüsünü təqdim edə bilməz. Oyunlar zamanı “CBC Sport” kanalından başqa heç bir televiziya kanalının çəkiliş etmək hüququ yoxdur. Digər televiziya kanalının nümayəndələri çəkiliş üçün yalnız mətbuat konfransına buraxılırlar. Saytlar, televiziya kanalları “Topaz” Premyer Liqasının oyunlarından aparılan video-çəkilişləri, eləcə də yerləşdirilən video-icmalların əldə olunması üçün “CBC Sport” telekanalına müraciət etməlidirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam