Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Kenquru kolbasaları ilə bağlı rəsmi açıqlama

 

“Azərbaycanın qəbul edilən standartlarda kenquru ətindən istifadə nəzərdə tutulmayıb. Standartda mal, qoyun, toyuq əti ola bilər, amma kenquru ətindən istifadə yoxdur”.

 

"Xeberinfo.com":   Məlumata görə, bu sözləri Cebhe.info-ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı Azərbaycanda satılan kolbasaların tərkibində kenquru ətinin olması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.  Onun sözlərinə görə, qanunvericiliyə əsasən kenquru ətindən istehsalda istifadə etmək olmaz: “Qanunvericiliyə görə, Azərbaycanda xüsusi reseptura hazırlanır və bu Səhiyyə Nazirliyi ilə razılaşdırılır. Əgər Səhiyyə Nazirliyi buna icazə verərsə, kenquru əti xammal kimi kolbasaların tərkibinə qatıla bilər. Əsas məsələ məhsulun tərkibi ilə üzərindəki etiketin uyğun gəlməsidir”.  Bakıdakı mağazalarda satılan kolbasalardan birinin üzərində tərkibində kenquru ətinin olması barədə xəbərdarlığa gəlincə, Fazil Talıblı bu kolbasaların Rusiya istehsalı olduğunu önə çəkib: “Həmin kolbasanın şəklinin üzərində Rusiya istehsalının standartları görünür. O məhsul bizim istehsal deyil. Amma bu məhsul bizim ölkədə satılırsa, bunun üçün də heç bir problem yoxdur. Çünki Rusiya ilə Azərbaycan arasınqa qarşılıqlı anlaşma var. MDB ölkələri çərçivəsində əməkdaşlıq mövcuddur. Müvafiq sertifikatların tanınması həyata keçirilərək, məhsul satıla bilər. Rusiyanın istehsalı da rəsmi şəkildə idxal olunur”.  Fazil Talıblı onu da əlavə edib ki, məhsulun ölkəyə kimlər tərəfindən gətirilməsi və satışı ilə bağlı araşdırma aparılır. Amma tərkibində kenquru əti olan kolbasaların satışına heç bir məhdudiyyət qoyulmur.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam