Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Gözümüzə "köz" qoyan kompüter

 

 

 

     "xeberinfo.com": Müasir zamanda həyatımızı internetsiz təsəvvür edə bilmirik. Bütün məqamlarda köməyimizə çatan, fəaliyyət sahəmizdən asılı olmayaraq hər zaman bizə yardımçı olan internetdən istifadə zamanı kompüter sağlamlığımıza ciddi zərbə vurur. Xüsusilə də gözlərimizə, görmə qabiliyyətimizə kifayət qədər böyük təhlükələr yaradır. Bəs necə qorunmalı? 
 Faydalı məsləhətləri diqqətinizə çatdırırıq:
1. İlk növbədə istifadə etdiyiniz kompüteri təmiz saxlayın. Onun üzərinə yığılan və gözlə görünməyən tozy kompüterdən istifadə zamanı özümüzdən asılı olmayaraq uduruq.
2. Kompüterin monitoru ilə gözlərinizin arasında olan məsafənin 50-60 sm olmasını təmin edin.
3. Monitorun gözünüzün səviyyəsindən 8-10 sm aşağı olması məsləhətdir.
4. Kompüterdən istifadə zamanı sərbəst və belinizi əymədən dik oturmağa vərdiş edin.
5. Hər 40-50 dəqiqədən bir işinizə 10-15 dəqiqə fasilə verin. Fasilə zamanı uzaq məsafəyə baxın və gözlərinizi tez-tez qırpın. Həmçinin bu müddətdə çalışın hərəkətdə olasınız. Əgər siz fasiləni kompüterin qarşısından televizorun qarşısına keçmək kimi düşünürsünüzsə yanılırsınız. Bunun heç bir faydası olmayacaq.
6. Qaranlıq otaqda kompüterdən istifadə etmək gözlər üçün daha çox ziyandır. Buna görə də işlədiyiniz otağın işıqlı olmasına diqqət yetirin. Əgər stolüstü lampadan istifadə edirsinizsə onu monitorun sol tərəfinə qoyun.
7. Gözlərinizin profilaktikası üçün A və D vitamini ilə zəngin qida məhsullarından daha çox istifadə edin. Bununla yanaşı kimyəvi tərkibi olmayan xüsusi göz vitaminlərindən də istifadə edə bilərsiniz.
8. Zəruri olan işlərinizi yekunlaşdırdıqdan sonra 5-10 dəqiqə deyə-deyə saatlarla kompüterin qarşısında əyləşəndə düşünün ki, özünüz öz sağlamlığınıza qənim kəsilmiş olursunuz.
Ən başlıcası onu nəzərə alın ki, dünyanın sevinci və yaxud da var-dövləti sizin kompüterin içərisində deyil. Ən böyük var-dövlət və sevinc sizin sağlam gözlərinizdir ki, dünyanın bütün gözəlliklərini onlarla görürsünüz. Gözlərinizi qoruyun ki, gözəllikləri görməkdən məhrum olmayasınız.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam