Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Nazir təlimlərə cəlb edilən hərbçilərlə görüşdü

 

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərə cəlb edilən hərbi vəzifəlilərlə görüşüb.

"Xeberinfo.com":   Məlumata görə, müdafiə naziri ehtiyatdan çağırılan şəxsi heyətə təlim toplanışında məsuliyyətlə iştirak etdiklərinə, Vətənin müdafiəsi üçün yenidən xidmətə cəlb olunmağa hazır olduqlarına görə təşəkkürünü bildirib:
“Azərbaycan dövləti daim öz ordusuna qayğı göstərərək gücünü gündən-günə artırır. Düşmənimiz birmənalı şəkildə bilməlidir ki, biz torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağıq. Danışıqlar bir nəticə verməzsə, gücümüzü göstərərək torpaqlarımızı işğaldan azad edəcəyik.

Təlimlərin ilk mərhələsini yüksək qiymətləndirərək şəxsi heyətin peşəkarlığını xüsusi qeyd etmək istərdim. Təlimlərə ehtiyatda olan hərbi vəzifəlilərin də cəlb olunmasının əsas məqsədi onların döyüş hazırlığının səviyyəsini müəyyən etməkdir. Biz buna böyük əhəmiyyət veririk. Çünki ehtiyatda olanlar ordunun bir hissəsi kimi qəbul olunur. Biz hamımız döyüşlərə hazır olmalıyıq. Bu gün biz sizinlə təlimləri poliqonlarda səhra şəraitində keçiririk. Döyüş atışları icra olunacaq. Döyüş hazırlığını daha yüksək səviyyəyə qaldırmaq üçün siz bu təlimlərdə ciddi iştirak etməlisiniz. Qarşıya qoyulan vəzifələri, verilən tapşırıqları dəqiq yerinə yetirməlisiniz, döyüşlərə hazır olmalısınız”.

Nazir əlavə edib ki, ehtiyatda olan hərbi vəzifəlilər bu təlimlərdə iştirak etməklə əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə ediblər.
Təlimlər sentyabrın 13-dək davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam