Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Füzulidə müəllimlərin konfransı keçirildi- FOTOLAR


 

Horadiz şəhərində Heydər Əliyev Mərkəzində rayon  müəllimlərinin  ənənəvi  sentyabr  konfransı  keçirilib.

"Xeberinfo.com":   Məlumata görə, konfransda  2014-2015-ci  dərs  ilinin yekunları  və  qarşıda  duran  vəzifələr müzakirə  edilib. 

Konfransda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Təhsil Nazirliyinin rəsmisi Əhliyyət Adıgözəlov, rayonun ümumtəhsil məktəblərinin direktorları, ziyalılar, təhsildə nailiyyətlər əldə etmiş müəllim və şagirdlər iştirak ediblər. 

Rayon  Təhsil  şöbəsinin  müdiri  Almaz Həşimova konfransda  geniş  məruzə ilə  çıxış  etmişdib. Qeyd etmişdir ki, əsası  Ulu  öndər  Heydər  Əliyev  tərəfindən qoyulmuş  və  Prezident  İlham  Əliyev  tərəfindən  davam  etdirilən  təhsil islahatı  bütün  respublikamızda  olduğu  kimi  Füzuli rayonunda da uğurla həyata keçirilməkdədir.  A.Həşimova qeyd edib ki, bu il orta məktəbi bitirən 544 şagird ali məktəblərə sənəd vermişdir. Onlardan 326 nəfəri respublikanın müxtəlif ali təhsil müəssisələrinə, 92 şagird isə orta ümumtəhsil məktəblərinə qəbul olunmuşdur.

Konfransda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib, onlara uğurlar arzulayıb. Alı Alıyev ölkədə həyata keçirilən təhsil islahatlarından söz açıb, Prezident cənab İlham Əliyev tərəfindən son illər imzalanmış Dövlət Proqramlarının əhəmiyyətinə toxunub. Alı Alıyev rayonda aparılan abadlıq quruculuq işlərindən danışıb, respublikamızın digər bölgələrində olduğu kimi Füzulidə də təhsil infrastrukturun yenilənməsinin, yeni yolların çəkilməsinin və müasir tələblərə cavab verən sosial obyektlərin inşa olunmasının əhəmiyyətini qeyd edib.

Qəbul imtahanlarında rayon gənclərinin əldə etdikləri nəticələri təqdirəlayiq hal kimi səciyyələndirən Alı Alıyev qazanılan uğurların davam etdiriləcəyinə əmin olduğunu vurğulayıb.

Təhsil Nazirliyinin rəsmisi Əhliyyət Adıgözəlov çıxış etmiş, respublikamızda təhsil sahəsində həyata keçirilən dövlət siyasətindən danışmışdır.

Digər çıxış edənlər cəmiyyətin tərəqqisində təhsilin rolunu vurğulayıblar, yeni dərs ilində müəllim həmkarlarına və şagirdlərə uğurlar arzulayıblar.







 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam