Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Yaxın gələcəkdə Azərbaycanda sosial evlərin tikintisi planlaşdırılır”

 

"Xeberinfo.com":   Məlumata görə, trend-ə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib ki, iyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının Azərbaycanda ipoteka şərtlərinin sadələşdirilməsi ilə bağlı verdiyi tapşırığı istiqamətdə işlər aparılır.


Onun sözlərinə görə, hazırda bununla bağlı layihə hazır olmasa da, dünya ölkələrinin bu sahədəki təcrübəsi öyrənilir: “Biz Almaniya və son dövrlər bu sahədə uğur qazanan Sinqapur kimi ölkələrin təcrübəsini öyrənirik. Təbii ki, təcrübələr öyrənildikdən sonra yəqin ki, gələcək zamanlarda Azərbaycanda da bunun tətbiqinə başlayacağıq. Məsələn, belə bir təcrübə var. Dövlət özü evləri tikib, ucuz qiymətə kirayəyə verir. Kirayə haqları evin satış qiymətinə gəlib çatanda ev qalır orada yaşayan şəxsə. Bundan başqa təcrübələr də var”.

M.Quliyev Bakıdakı sıxlığı əsas gətirərək başqa bir təkliflə çıxış edib. Onun fikirincə, yeni tikiləcək sosial evlər daha çox regionlarda olsa paytaxtda yaranacaq sıxlığın qarşısını da almaq olar: “Bakıda çox sıxlıqdır. Ona görə də bu layihənin bizim böyük şəhərlərimiz olan Şirvanda, Gəncədə və digər zonalarda həyata keçirilməsi yaxşı olardı”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam