Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şəki sakinləri gecəni çadırlarda keçirəcək

 

Şəkidə baş verən güclü zəlzələ iki kənddə dağıntı törədib. Rayonun Bolludərə və Qaratorpaq kəndində bəzi ailələr gecəni çadırda keçirəcək.

"Xeberinfo.com":   Bolludərə kənd bələdiyyəsinin sədri Mehman Rəcəbovun ANSPRESS-ə verdiyi məlumata görə, kənddə bəzi evlərin divarları dağılıb. Bolludərədə uşaq bağçası tamamilə yararsız hala düşüb. Kəndin iki məktəbi də ciddi xəsarət alıb. Taxıl anbarı isə qəzalı vəziyyətə düşüb.

"Kənddəki bəzi evlər yararsız hala düşdüyü üçün Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən həmin evlərin sakinlərinə gecələmələri üçün çadırlar paylanacaq", - deyə Rəcəbov bildirib.

Oxşar hadisə Qaratorpaq kəndində də yaşanır. Həmin kənddə də evlərə ciddi ziyan dəyib.

"Bu gün baş verən zəlzələdə ən çox zərər Qaratorpaq kəndinə dəyib. Kənddə bəzi evlərin divarları uçub. Bəzi mənzilərdə yaşamaq olar. Çünki divarların bəzi hissəsi dağılıb. Ancaq bir sıra evlərdə gecələmək mümkün olmadığı üçün həmin sakinlərə də çadırlar paylanacaq. Kənddə həmçinin uşaq bağçası və seçki məntəqəsi də yararsız vəziyyətə düşüb", - deyə M. Rəcəbov deyib.

Ziyan dəyən hər iki kəndə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və FHN-in yüksək vəzifəli şəxsləri baş çəkərək öz tapşırıqlarını veriblər. Zərər çəkən evlər qeydiyyata alınıb.

Bu gün səhər yerli vaxtla saat 09:49:36-da Şəkidən 29 km cənub-şərqdə zəlzələ qeydə alınmış, episentrdə 7 bal, ətraf rayonlarda 6-5 bala qədər hiss olunmuşdu.

Zəlzələ Şəki ilə yanaşı Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən və digər ətraf rayonlarda hiss edilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam