Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“BakıKART“ın metro işçilərinə təsiri

 

"METRO KART"-ın "BakıKART"-la əvəzlənməsi metorpolitenin birsıra işçilərini ixtisara salır. 

"Xeberinfo.com":   Məlumata görə, bunu movqe.az-a metropolitendə xəzinadarlıq vəzifəsində çalışan işçi deyib. 

Onun sözlərinə görə, ixtisarla bağlı hələlik rəsmi qərar verilməyib: "Ancaq bizim işləməyimiz üçün də səbəb yoxdur. Çünki, artıq 30 sentyabr "METRO KART"-na gedişhaqqı yüklənməsi prosesi başa çatdıqdan sonra kassalara qəpik verilmir. Bütün proseslər "BakıKART"-la aparılır. "BakıKART" isə bəzən kassaları qəpik təmin etmir. Qəpklər verilsə də, çox az məbləğdə olur. Elə səhər saatlarında bitir.Əvvlər isə terminallara yığılan pullar bizə qalırdı".

Apardığımız araşdırmalar da deyilənlərin düz olduğunu göstərdi. Belə ki, metorpolitenin əksər stansiyalarında kassalarda qəpiyin tapılmadığının şahidi olduq.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev isə deyilənlərin həqiqəti əks etdirmədiyini bildirdi. Onun sözlərinə görə, hər gün metropolitenin bütün stansiyaları xırda pulla təmin edilir. Xəzinadarların ixtisar edilməsini də şayə adlandırdı. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam