Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Günün xəbəri

Bu ölkə həftəlik iş saatını azaldır

 Çili parlamenti həftəlik iş vaxtını 45 saatdan 40 saata endirən qanun layihəsini təsdiqləyib.

Yenixeber.org: Çili prezidenti Qabriel Boriç hökumətinin parlamentə təqdim etdiyi qanun layihəsində 5 il ərzində ölkədə həftəlik iş vaxtının mərhələli şəkildə 45 saatdan 40 saata endirilməsini nəzərdə tutulur.

Səsvermə ilə bağlı açıqlama verən nazir Jeannette Jara, "Bu gün, bəzilərinə qeyri-mümkün görünsə də, işçilərinin həyat keyfiyyətini yaxşılaşdırmaq üçün addımlar atmağın mümkün olduğunu göstərdi" - deyə bildirib.

Prezident Boriç səsvermədən əvvəl sosial şəbəkə hesabından etdiyi açıqlamada qanun layihəsinin ölkədə ədalətin daha geniş anlaşılması üçün əhəmiyyətli bir addım olduğunu ifadə edərək, "Həftədə iş saatlarının 40-a endirilməsi kimi təkmilləşdirmələrin ədalətli həyata sahib Çiliyə yaxınlaşmaq üçün vacib olduğundan şübhəm yoxdur" paylaşım edib.

Yeni qanuna əsasən, həftəlik iş vaxtı birinci ildə 44 saata, üçüncü ildə 42 saata, beşinci ildə isə 40 saata endiriləcək.

Qeyd edək ki, Çilidə həftəlik iş vaxtı 2005-ci ildə 48 saatdan 45 saata endirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam