Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Rektorun korrupsiya şəbəkəsinin ifşasının sensasion detalları

 

Akif Süleymanov qurtuldumu?

Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetinin pedaqoji kollektivinin iclası keçirilib. 
"Xeberinfo.com":   Təhsil nazirinin müavini Firudin Qurbanovun, nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyevin və digər rəsmi şəxslərin iştirak etdiyi iclasda ali təhsil müəssisəsinin fəaliyyəti geniş müzakirə olunub. Təhsil nazirinin müavini F. Qurbanov çıxış edərək son zamanlar universitet ətrafında cərəyan edən proseslər haqqında məlumat verib. O, Maliyyə Nazirliyinin apardığı yoxlama və Təhsil Nazirliyinin keçirdiyi akkreditasiya nəticəsində universitetdə nöqsanların aşkarlandığını, kollektivin bəzi üzvlərinin neqativ hallara yol verdiklərini, yoxlama materiallarının prokurorluq orqanlarına göndərildiyini bildirib, bu kimi halların ali məktəbin imicinə ziyan vurduğunu qeyd edib. F. Qurbanov çıxışında təhsil naziri Mikayıl Cabbarovun qərarına əsasən, buraxdıqları nöqsanlara görə universitetin bir sıra rəhbər işçilərinin vəzifəsindən azad olunduğunu, rektora isə töhmət verildiyini bildirib.
“Gündəm-xəbər”in əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyinin yoxlaması Texnologiya Universitetində bir milyon manat mənimsəmə aşkarlayıb. Bu material Baş prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə verilib. Mənbə deyir ki, rektor Akif Süleymanov barəsində bir neçə maddə üzrə cinayət işi qaldırıla bilər.
Bəlli olub ki, rektor dərsə gəlməyən tələbələrin pul kartlarını, əmrdə adları olmayan yaxın qohumlarının adlarına pul kartları gətizdirərək bir milyon manat dövlət büdcəsinə ziyan vurub.
Texnologiya Universitetində oxuyan tələbələrin illik pulları da “Kapital bank”ın Gəncə filialına saxta arayış verməklə mənimsənilib. Bu faktı istintaqçılar universitetin tələbələrini dindirərək aşkarlayıb. Məlum olub ki, tələbələrin illik pullarını Gəncə Şəhər “Kapital bank”ına keçirməyərək və “Kapital bank”ın saxta arayışını tələbələrə veriblər.
Beləliklə universitetdə oxuyan tələbələrin illik pullarını mənimsəyiblər. Akif Süleymanov Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə verdiyi ifadədə bildirib ki, bir milyon manatın bir qismini Gəncə Şəhərinin abadlaşmasına xərcləyib.
Bu ali təhsil müəssisəsində baş verən müxtəlif qanun pozuntularına dair əvvəllər də redaksiyamıza şikayətlə daxil olurdu. Lakin 2013-cü ilin mart ayında Akif Süleymanovun bu universitetə rektor təyin olunmasından sonra müəssisənin kollektivində nəhayət ki, burada normal tədris prosesinin bərqərar olacağına dair ümidlər yarandı.
Bununla belə, aradan ötən iki il ərzində universitetdə demək olar ki, heç bir müsbət dəyişikliyə nail olunmadı. Əksinə, daxil olan məlumatlarda Azərbaycan Texnologiya Universitetində baş verən korrupsiya hallarının son vaxtlar daha da intensivləşdiyi vurğulanır.
Qeyd etmək lazımdır ki, ölkə mətbuatının səhifələrində də Azərbaycan Texnologiya Universitetində baş verən çoxsaylı qanun pozuntuları barədə müxtəlif məlumatlara tez-tez rast gəlinir.
Universitet daxilində olan mənbələr isə iddia edirlər ki, bu ali tədris müəssisəsi tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə, bəlkə də bir çox paytaxt universitetlərini belə kölgədə qoyub.
Müxtəlif instansiyalara müraciət edən tələbələr bəzi hallarda rüşvət alan müəllimlərin konkret adlarını açıqlamasalar da onların kimliyini müəyyənləşdirməyin heç də çətin olmadığını da vurğulayırlar. Onların iddialarına görə universitetdə pul yığımları üçün ən müxtəlif səbəb və bəhanələr irəli sürülür.
Əlbəttə ki, ön planda hər zaman olduğu kimi sessiya imtahanlarıdır. Məlumatlara görə elə bir müddət əvvəl başa çatmış qış imtahan sessiyası da bu cəhətdən kifayət qədər “əlamətdar” olub.
Tələbələrin verdikləri məlumatlara görə bir imtahanın qiyməti, fənnindən asılı olaraq, 100-200 manat civarında müəyyənləşdirilib. Daha sonra məlumatlarda bildirilir ki, hazırda Texnologiya Universitetində dərslərə davamiyyət də olduqca aşağı səviyyədədir.
Səbəb isə budur ki, Akif Süleymanov tələbələrin böyük bir hissəsini 200-250 manata aylığa buraxıb. Təqdim olunan açıqlamalarda universitetdə yaşanan daha bir ciddi problemin də işə qəbul məsələləri ilə bağlı olduğu bildirilir:
“Rektor Akif Süleymanov 2015-ci ilin əvvəlindən aprel ayına kimi rüşvət alaraq universitetə 20-dən çox işçi götürüb. 2013-2014-cü illərin iyun-iyul aylarında isə, 50 nəfərdən çox əməkdaşı əsassız yerə işdən azad edən rektor, onların yerinə isə ixtisası uyğun olmayan digər şəxsləri rüşvət müqabilində işə götürüb.
2015-ci ilin Novruz Bayramı münasibətilə bütün ali məktəblərdə müəllim və texniki işcilərə Novruz sovqatı verilsə də, Texnologiya Universitetində rektor Akif Süleymanov ancaq özünü düşünüb.
Üç aydan artıq olar ki, Texnologiya Universitetində əlavələr verilmir, bu əlavələr digər işcilərin pul hesabına yatırılır. Həmin şəxslər isə pulu alaraq, rektora verirlər...” Lakin son vaxtlar tələbələri istehsalat təcrübəsindən azad etmək üçün təyin olunmuş qiymətlər də kifayət qədər böyük məbləğlərdə ifadə olunur.
Təbii ki, istəilən müəssisə və ya təşkilatda olduğu kimi Azərbaycan Texnologiya Universitetində yer almış korrupsiya hallarına görə ilk növbədə bütün nəzərlər burada baş verənlərdən sorumlu olan rektor Akif Süleymanovun üzərinə yönəlir. Redaksiyamıza müraciət edən universitet tələbələri isə bildirirlər ki, rektor universitetdə əməlli-başlı bazar açıb.
Bu arada isə mətbuata təqdim olunan məlumatlarda Azərbaycan Texnologiya Universitetində hal-hazırda Maliyyə Nazirliyinin xüsusi komissiyası tərəfindən maliyyə və təsərrüfat şöbələrinin təftiş olunduğu bildirilir.
Mənbələrin iddialarına görə komissiya tərəfindən artıq 500 min manatdan çox dövlət vəsaitlərinin mənimsənilməsi faktı aşkarlanıb.
Ölkəmizin təhsilli və savadlı gənclərə ehtiyacı var. Sirr deyil ki, son zamanlar təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə dövlət səviyyəsində müxtəlif layihələr həyata keçirilib və bu sahədə rüşvət meyllərinin aradan qaldırılması istiqamətində lazımi addımlar atılıb.
Ali məktəblər sözsüz ki, təhsilimizin bel sütunu sayılmalıdır. Amma bu gün ali təhsil qurumlarının yetərli hissəsində müxtəlif neqativ hallar nəzərə çarpmaqdadır. Düzdür, Təhsil Nazirliyinin və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları mütəmadi olaraq təhsil müəssisələrində yoxlama aparır, qanun pozuntularının qarşısını alırlar. Bununla belə, bəzi universitetlərdə özbaşınalıq baş alıb gedir.
Bu universitet rəhbəri hələ ki, yazdığımız tənqidlərdən heç bir nəticə çıxarmayıb. Nə də ki, yazılanlara münasibətini bildirib. Etibarlı mənbələrdən aldığımız məlumatlara görə, təhsil müəssisəsində vəziyyət stabilləşmək əvəzinə, hər keçən gün bir az da pisləşir.
Texnologiya Universiteti bir vaxtlar Azərbaycanın ən qabaqcıl təhsil müəssisələrindən hesab edilirdi. Burda ölkə elminə bənzərsiz töhfələr bəxş edən neçə-neçə dəyərli şəxsiyyətlər yetişib.
Lakin son illər universitet əvvəlki əzəmətini itirib. Bunun səbəbkarı isə rektor, ətrafında olan bəzi dekan və müəllimlərdir. Akif müəllim 2013-cü ilin mart ayında bu vəzifəyə təyin edilib.
Aradan keçən iki il ərzində universitetdə yaxşılığa doğru heç bir dəyişiklik baş verməyib. Belə ki, yenə də köhnə problemlər öz aktuallığını qoruyub saxlayır. Keçmiş rəhbərliyin dövründə tələbələrin dərsə davamiyyəti çox aşağı idi. Hətta bəzi tələbələr dekanlara ayda müəyyən miqdarda hörmət edərək dərsə gəlmirdilər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam