Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müdafiə naziri qəbul qaydalarında dəyişiklik etdi

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq, müəyyən olunmuş qaydada tədbirlər görmək, habelə vətəndaşların qəbul edilməsi işinin səmərəli təşkili məqsədilə qəbul qaydalarında bəzi dəyişikliklər edilib

"Xeberinfo.com":    Müdafiə Nazirliyinin saytına istinadən xəbərə görə, hərbi qulluqçuların və digər vətəndaşların müraciətlərinə diqqət və qayğının artırılması məqsədilə Müdafiə Nazirliyində rəhbər vəzifəli şəxslərin qəbul günləri müəyyən olunub. Əmrə əsasən, Silahlı Qüvvələr və Qoşun növləri komandanları, Nazirliyin baş idarə, idarə, müstəqil şöbə, xidmət rəisləri, birlik, birləşmə və əlahiddə hərbi hissə (gəmi) komandirləri və digər müəssisə rəisləri də müəyyən edilmiş vaxtlarda vətandaşları qəbul etməli və müraciətlərə baxmalıdırlar.

Nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən vətəndaşların qəbulu müəyyən olunmuş günlərdə saat 16.00-dan 18.00-dək Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində və digər yerlərdə həyata keçiriləcək.

Hərbi qulluqçuların və digər vətəndaşların qəbulu barədə daha ətraflı məlumatı Müdafiə Nazirliyinin rəsmi internet səhifəsinin "Azərbaycan Respublikası Müdafiə Nazirliyində rəhbər vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul günləri" bölməsindən əldə etmək olar. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam