Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qanunsuz tikintilərə nəzarət gücləndirildi

 

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaqların mühafizə zonaları ilə bağlı tələblərə riayət olunmasına nəzarəti gücləndirib.
"Xeberinfo.com":   Məlumata görə, bu barədə Oxu.az-a komitədən bildirilib.
ƏMDK bildirib ki, həyata keçirilmiş monitorinqlərin nəticəsi göstərir ki, bu sahədə ən çox rast gəlinən problemlər torpaqlardan təyinatı üzrə olmayan istifadə, özbaşına tikililər, eləcə də mühafizə zonalarında qanunsuz tikililərin inşa edilməsidir.
“Bəzi hallarda vətəndaşlar qanunvericiliyi bilərəkdən pozurlar, bəzən isə insanlar mühafizə zonaları ilə bağlı qadağa və tələblərdən məlumatsız olurlar” – deyə, komitə qeyd edib.
Xatırladaq ki, Nazirlər Kabineti tərəfindən torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması məqsədi ilə mühafizə zonaları müəyyən edilib.
Mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin, sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, avtomobil və dəmir yollarının, elektrik xətlərinin və ixrac boru kəmərlərinin ətrafında yaradılır.
Onu da əlavə edək ki, komitənin yeni Əsasnaməsilə, Azərbaycanda torpaqlardan istifadə və onların mühafizəsinə nəzarət üzrə dövlət müfəttişi statusu müəyyən edilib.
Bu məqsədlə dövlət müfəttişləri tərəfindən mütəmadi qaydada Bakı şəhərində və ətraf ərazilərdə monitorinq və müşahidələr aparılır, aşkar edilmiş qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun olaraq tədbirləri həyata keçirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam