Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

""Skype”, “Facebook” və “WhatsApp" lisenziyalaşdırılmalıdır"

 

Lisenzilaşdırma istifadəçilər üçün heç bir problem yaratmayacaq

 

"Azəbaycanda azad internet var. Heç bir xidmət məhdudlaşdırılmır. Eyni zamanda sosial şəbəkələr də azad fəaliyyət göstərir.
 
"Xeberinfo.com":   “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov deyib. Nazir əlavə edib ki, rabitə xidmətləri göstərən "Skype", " Facebook" , “WhatsApp" daxil olmaqla heç bir sosial şəbəkəyə məhdudiyyət qoyulmayıb: “Azərbaycanda fəaliyyət göstərən rabitə xidmətlərinin bir neçəsi lisenziyalaşdırılmış xidmətlərdir. Hesab edirik ki, bu rabitə xidmətlərini göstərən  "Skype", " Facebook", “WhatsApp" da lisenzilayaşdırılmalıdır. Lisenzilaşdırma istifadəçilər üçün heç bir problem yaratmayacaq. Ancaq tənzimləyici orqanlarla həmin şirkətlər arasında müqavilələr imzalanacaq”.
 
Ə.Abbasov əlavə edib ki, oktyabr ayında regionun ən böyük Trier3 səviyyəli DATA-mərkəzi Azərbaycanda istismara veriləcək. Onun sözlərinə görə, DATA-mərkəzin istismara verilməsi bulud servislərin populyarlaşmasına və bulud texnologiyalara keçid prosesini sürətləndirməyə imkan yaradacaq: “DATA-mərkəz regionda fəaliyyət göstərən, məlumat emal edən bu cür mərkəzlərdən birincisi olacaq. Mərkəz həmçinin regionun digər ölkələri və “Google”, “Facebook” və digər böyük şirkətlərə xidmət göstərəcək. Bu bizim informasiya təhlükəsizliyi və kiber hücumlardan qorunmaq üçün çox vacibdir. Tələbatdan asılı olaraq, DATA-mərkəzin gücü artırılacaq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam