Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

«Xalq» və «əməkdar» adları üçün ödənişlər açıqlandı

 

Azərbaycanda müxtəlif sahələrdə tətbiq olunan «xalq» və «əməkdar» adları üçün əlavə ödənilən məbləğlər 60 manat və 100 manat təşkil edir.
"Xeberinfo.com":   Məlumata görə, Maliyyə Nazirliyi fəxri adlarla bağlı Transparency.az-ın sorğusunu cavablandırıb. Rəsmi cavabda qeyd olunur ki, prezidentin 4 iyul 2005-ci il sərəncamı ilə fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 100 manatdır.
 
Əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 60 manat təqaüd müəyyən edilib. Rəsmi açıqlamaya əsasən, dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışan fəxri adlara layiq görülmüş şəxslərə təqaüd həmin idarə və təşkilatların vəsaiti hesabına verilir. Digər şəxslərə isə təqaüdü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödəyir. Maliyyə Nazirliyi əlavə edir ki, fəxri adlara görə təqaüdlərin ödənişi üçün dövlət büdcəsinin illik xərcləri 1,7 milyon manatdır. Nazirlikdə olan son rəsmi rəqəmlərə görə, 2015-ci il aprel ayının 1-dək Azərbaycan Respublikasının “Xalq” fəxri adı alanların sayı 219, “Əməkdar” fəxri adına layiq görülmüş şəxslərin sayı isə 2013 nəfər olub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam