Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müdafiə naziri Moskvaya səfər edəcək

 

Səfər çərçivəsində Zakir Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşəcək
"Xeberinfo.com":   APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, nazir avqustun 1-15-də Moskva vilayətində yerləşən poliqonda “Beynəlxalq ordu oyunları 2015”in açılış mərasimində iştirak edəcək.
Rusiya Müdafiə Nazirliyindən APA-nın Moskva müxbirinə bildiriblər ki, səfər çərçivəsində Z. Həsənov rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşəcək.
Birinci “Beynəlxalq ordu oyunları 2015”də 17 ölkədən 57 komanda, 6 xarici ölkədən 20 müşahidə qrupu, Avropa, Asiya, Afrika və Latın Amerikası ölkələrinin nümayəndələri iştirak edəcəklər. Oyunların proqramına səhra, hava və dəniz növləri üzrə 14 müsabiqə daxil edilib.
Beynəlxalq Ordu oyunları proqramının iki müsabiqəsi Hərbi Dəniz Donanması tərəfindən təşkil olunub. “Xəzər derbisi” adlandırılan bu yarışda hərbi-dəniz qüvvələrinin zirehli transportyorları iştirak edəcək. Bu yarışda Rusiya ilə yanaşı Qazaxıstan və Çin komandaları ən güclü olmaq üçün mübarizə aparacaqlar. Yarışlar Xəzər dənizi akvatoriyasında keçiriləcək. Bu yarışda hərbi gəmilərin ekipajlarının artilleriya atəşinin həyata keçirilməsi üzrə döyüş hazırlığı yoxlanılacaq. Müsabiqədə Rusiya, Azərbaycan və Qazaxıstan dənizçiləri iştirak edəcəklər. Hər iki müsabiqə Dağıstanın Kaspiysk şəhərində keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam