Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Binəqədidə “Mənim Mətbuat Katibim” layihəsi keçirildi


 

Azərbaycan mətbuatının yaranmasından 140 il ötür. 

"Xeberinfo.com":   Bu münasibətlə  sözü gedən  peşənin sahibləri bayramlarını müxtəlif səpkidə  qeyd edirlər. Mətbuat nümayəndələri   dövlət strukturları,  onların əməkdaşlıq etdiyi  qurumlar tərəfindən  fəxri adlara layiq görülür, hədiyyələr və diplomlarla təltif olunurlar. Bu ənənənin kənara çıxaraq, Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədinin Dostları Mətbuat Klubunun təşkilatçılığı, “cafeMedia“nın təşkilati dəstəyi ilə jurnalist Gülşanə Mustafayevanın ideya müəllifi olduğu “Mənim Mətbuat Katibim” layihəsi keçirildi. Layihənin məqsədi, daim jurnalistlərlə qarşılıqlı  əməkdaşlıq edən Nazirliklərin, digər dövlət qurumlarının mətbuat katiblərinin peşə bayramını təbrik etməkdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, Nazirlik və digər dövlət qurumlarının mətbuat katibləri və jurnalistlər iştirak edirdi.

Tədbir Milli Mətbuatımızın 140 illik yubileyinə həsr olunmuş videoçarxın nümayişi ilə başladı. Daha sonra layihənin ideya müəllifi Gülşanə Mustafayeva jurnalistləri xüsusi hazırlanmış seçki qutusunun ətrafına dəvət edərək ən fəal mətbuat katibinə səs vermələri xahiş etdi. Səsvermənin nəticələrinə əsasən, Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Səmayə Məmmədova 1-ci yerə layiq görüldü. I, II və III yerlərin sahibləri və digər mətbuat katibləri Diplom və Fəxri Fərmanlarla təltif edildi. Eyni zamanda, mətbuat katibləri və jurnalistlərə peşə bayramları münasibətilə hədiyyələr verildi.

Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbirin qonaqlarını salamladı və onları peşə bayramı münasibətilə təbrik etdi. Milli Mətbuatımızın keçdiyi uzun və çətin yoldan danışan natiq dövlətimizin hər bir sahəyə olduğu kimi, mətbuata da diqqət və qayğısından söz açaraq, son illərdə bu sahənin inkişafını diqqətə çatdırdı.

Tədbir bədii hissə ilə davam etdi. Sonda, xatirə şəkilləri çəkildi.

 

 




















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam