Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Mətbuatın 140 illiyi ilə bağlı konfrans keçirilib

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin qeyd olunması ilə əlaqədar Tədbirlər Planı"na əsasən Prezident Administrasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının təşkilatçılığı ilə konfrans keçirilib.

 

"Xeberinfo.com":   Məlumata görə, М.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçirilən konfrans "Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz" mövzusun həsr olunub.

 

Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev bildirib ki, bu günləri Azərbaycanın müxtəlif bölgələrində silsilə olaraq mətbuatın 140 illiyi ilə bağlı tədbir keçirilir: “Mətbu orqanların ictimai fikrə təsiri Azərbaycan xalqının mədəniyyətinin yüksəlməsinə mane olan problemlərin qarşısını alır. Azərbaycan mədəniyyətinin yüksəlməsində mətbu orqanların fəaliyyətindən çox şey asılıdır. Qeyd edim ki, Azərbaycan xalqı XIX əsrin sonu XX əsrin əvvəlində mətbu orqanların uğuru ilə gələcəyə baxmaq gücünə layiq oldu. Çünki Həsən bəy Zərdabinin yaratdığı mətbuat jurnalistikaya tövsiyyə verdi. Parlamentin şərqdə qadınlara verdiyi səsvermə hüququ ilk sırada dayanan uğurlardandır. Azərbaycan xalqının daha yaxşı yaşaması üçün “Əkinçi”  qəzeti mühüm rol oynayıb. Tədbirdən əvvəl mətbuatın 140 illiyə həsr olunan sərgiyə baxdıq. Bu bir daha göstərdi ki, Milli kitabxanada saxlanılan qəzetlər Azərbaycan xalqının zəngin keçmişinin göstəricisidir”.

 

Nazir qeyd edib ki, Azərbaycanda yüzlərlə mətbuat orqan var: “Bu gün Azərbaycan mətbuatında hansı məlumatı istəsəniz əldə edə bilərsiz. Biz bu mətbu orqanların saxlanmasına çalışmalıyıq. Jurnalistikanın əsas məqsədi Azərbaycan xalqının mədəniyyətini qoruyub saxlamaqdır. Müharibə şəraitində yaşayan ölkənin mətbuatı həssas olmalıdır. Düşmənin dəyirmanına su tökməməlidir”.

 

Prezidentin İctimai-siyası məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev mətbuat işçilərini mətbuatın 140 illiyi ilə bağlı təbrik edib: “Mətbuat günü yalnız bu gün deyil, tarix boyu Azərbaycan mətbuatında aktual olub. Müstəqillik illərində mətbuatın bu aktuallığı daha da artıb. Ümumbəşəri dəyərlərdən bizə faydalı olanı götürməliyik. Təəssüf ki, bəzən biz milli dəyərləri itiririk. Bu məsəllərin qarşısının alınmasında mətbuatın rolu böyükdür”.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək mətbuatın 140 illiyik yubileyinin təntənəli şəkildə keçirilməsini qeyd edib.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam