Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

AĞ EVDƏN MÜHARİBƏNİN BAŞLAYACAĞI TARİX AÇIQLANDI -"Rusiya hakimiyyəti hərbi müdaxilə hazırlayır”

Ağ evin rəsmi nümayəndəsi Ceyn Psaki bəyan edib ki, Birləşmiş Ştatlar administrasiyasının əldə etdiyi yeni məlumatların təhlilinə əsasən Rusiyanın Ukrayna üzərinə hücumu yanvarın sonlarında başlayacaq.

Yenixeber.org: Lakin o hücumun fevralın əvvəllərində başlamasının da nəzərdən keçirildiyini deyib. 

“Biz narahatq ki, Rusiya hakimiyyəti hərbi müdaxilə hazırlayır”,-Psaki bildirib.

Ağ ev nümayəndəsi deyib ki, Rusiya 2014-cü ilin ssenarisi ilə hərəkət etməyi planlaşdırıb. 

“Bu baş verənlər bizi 2014-cü ilə qaytarır, o cümlədən sabotaj və Ukraynanı Donbassdakı Rusiya qüvvələrinə qaçılmaz hücuma hazırlaşmaqda ittiham etməyə yönəlmiş informasiya əməliyyatları. Rusiya belə əməliyyatları bu cür intensivliklə hücuma bir neçə həftə qalmış həyata keçirir”,-Psaki əlavə edib.

Ağ ev nümayəndəsi Moskvanın hücum üçün saxta bəhanə hazırladığını da deyib. Bundan əvvəl Pentaqon nümayəndəsi Con Kirbi analoji bəyanatla çıxış etmişdi və bildirmişdi ki, kəşfiyyatın əldə etdiyi məlumatlara görə əvvəlcə xüsusi təlim keçmiş bir qrup Rusiya hərbçisi başqa ölkənin (görünür Ukraynanın) bayrağı altında Donbassa hücum edəcək, orada küçə döyüşləri aparacaq və partlayışlar törədəcək. Bu zaman Ukraynanı ittiham etmək üçün rusların bir-birini öldürməsi də nəzərdə tutulur. Ardınca isə Rusiya Ukraynanı Donbassa hücumda ittiham edərək “öz vətəndaşlarını qorumaq” adı altında irimiqyaslı hərbi müdaxilə başladacaq.

Xatırladaq ki, yanvarın əvvəlindən etibarən Rusiya Ukrayna sərhədlərinə hərbi texnika və canlı qüvvə cəmləşdirilməsini intensivləşdirib. Son iki həftə ərzində hərbi texnika yüklənmiş onlarla eşalonun Rusiyanın Uzaq Şərqindən Ukrayna sərhədləri istiqamətində hərəkəti qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam