Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Buraxılış imtahanlarının nəticələri yaxın günlərdə bilinəcək”

 

"Xeberinfo.com":  Məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardamlı, Cəlilabad və Masallıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. 
9-cu sinif şagirdləri üçün imtahan saat 10:00-da başlayıb və 2 saat ərzində aparılıb. 11-ci sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlayıb və 2 saat 45 dəqiqə müddətində aparılıb. 
İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanmış və imtahan prosesinin gedişi nəzarətdə olub. 
“Bütün mərkəzlərdə şagirdlər üçün normal imtahan şəraiti yaradılıb və proses təlimata uyğun aparılıb. Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur”-deyə TQDK bəyan edib.  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam