Azərbaycan XİN -Rumıniyanı təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi Rumıniyanı Milli Bayram Günü münasibətilə təbrik edib.
Yenixeber.org: Bununla əlaqədar nazirliyin tviter səhifəsində paylaşım edilib.
“Milli Bayram Günü münasibətilə Rumıniya hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq. Milli Bayram Gününüz mübarək, Rumıniya”, - təbrikdə bildirilib.
Qeyd edək ki, dekabrın 1-i Rumıniya və Transilvaniyanın birləşməsi - çağdaş Rumıniyanın yaranması günüdür.