Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ukraynada azərbaycanlıların xatirəsi əbədiləşdirilib-FOTO

Ukrayna uğrunda həlak olan azərbaycanlıların xatirəsi əbədiləşdirilib

Ukraynanın Nikolayev vilayətinin Ukrainka qəsəbəsində yerləşən Perequliskiy limanı yaxınlığında, ölkənin azadlığı uğrunda həlak olan azərbaycanlıların xatirəsinə bayraq dirəkləri ucaldılıb.

Yenixeber.org: Məlumata görə, Nikolayev Xalq Hərəkatı İctimai Birliyinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı, Almaniyada yaşayan azərbaycanlı iş adamı Rasim Tağıyevin dəstəyi ilə ucaldılan xatirə kompleksində Ukrayna, Azərbaycan, Moldova və Avropa Birliyinin bayraqları dalğalanacaq.

Xatirə kompleksində İkinci Dünya müharibəsi zamanı Donbasdan Odessaya qədər Ukraynanı faşistlərdən azad edən 416-cı Taqanroq diviziyasında həlak olanlarla yanaşı, hazırda ölkənin şərqində separatçılarla döyüşlərdə həlak olanların da xatirəsi yad ediləcək.

Açılış mərasimində təşkilatçı qurumun rəhbəri Nikolay Qorbatenko, yerli deputat Aleksey Osipenko, yerli sovetin sədri İrina Vişnevskaya, yerli iş fəallarından Marina Avdeeva, Andrey Piquliyevskiy, veteran Konstantin Oborin, Stanislav Çayçenko, Anastasiya Poqosova, Mixail Drotenko, BUAK fəalı Fazil Əsgərov, yerli məktəbin heyəti və digərləri iştirak ediblər.

Açılışda çıxış edənlər Ukraynanın azadlığı uğrunda həlak olan azərbaycanlılarla fəxr etdiklərini bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam