Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mərkəzi Bankla bağlı bəzi qaydalar dəyişdirildi

 

Mərkəzi Bankın kapital ehtiyatları ilə bağlı qaydalar dəyişdirildi.

"Xeberinfo.com":  "Trend"-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” qanunun müzakirəsi zamanı sənədə əlavə və dəyişikliklər olunub. 
Bununla da Mərkəzi Bankın yeni öhdəlikləri müəyyənləşdirilib.
Qanunun 10.3-cü maddəsinə edilən dəyişikliyə əsasən, Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilməyəcək.
Əvəzində, onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq. Qanuna 13.2-ci maddə əlavə edilir ki, bu da “Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur”.
14.2-ci maddəyə edilən dəyişikliyə əsasən isə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.
Layihə Milli Məclisin bu gün keçirilən plenar iclasında səsə qoyularaq qəbul olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam