Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başlayıb-FOTO

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılma­sı, hərbi qulluqçuların maddi-texniki təminatı, sosial şəraitinin yaxşılaşdırılması üzrə təd­birlər davam etdirilir.

Yenixeber.org: Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, may ayının 24-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sər­hədində yeni hərbi hissə - sərhəd komendantlğı xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bununla əlaqədar təşkil olunan mərasimdə DSX rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək Xidmət rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Çıxışda işğaldan azad edilmiş dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi məsələlərinə ali dövləti qayğı sayəsində qısa müddət ərzində bu ərazilərdə zəruri infrastrukturun yaradılması üzrə işlərin sürətlə davam etdirildiyi, hazırkı hərbi hissənin də xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədlərinin mühafizəsi üçün böyük əhəmiyyət kəsb etməsi bildirilib.

Tədbir iştirakçıları yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra sərhəd komendantlığının şəxsi heyətinin xidməti-döyüş fəaliy­yətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və texniki vasitə­lərə, avtomobil texnikasına baxış keçiriblər.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunmublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam