Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

İlham Əliyevlə Lukaşenko arasında -telefon danışığı olub

İlham Əliyevlə Lukaşenko arasında telefon danışığı olub
Belarus və Azərbaycan prezidentləri Aleksandr Lukaşenko ilə İlham Əliyev arasında telefon danışığı olub.
Yenixeber.org: Bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, prezidentlər aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.

"Belarus və Azərbaycan prezidentləri Aleksandr Lukaşenko və İlham Əliyev arasında 22 may tarixində telefon danışığı olub. Dövlət başçıları hər iki ölkədəki vəziyyəti müzakirə ediblər, aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar",- deyə rəsmi məlumatda vurğulanıb.

Həmçinin, qeyd olunub ki, Lukaşenko Belarusa karbohidrogen xammal dəstəyi və tədarükünə görə azərbaycanlı həmkarına təşəkkür edib. Bundan əlavə, dövlət başçıları ticarət dövriyyəsinin artdığını və ikitərəfli münasibətlərin inkişafında böyük potensialın olduğunu məmnunluqla vurğulayıblar:

"Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə ətraflı məlumat verib. Bir müddət əvvəl ortaya çıxan məlum hadisə ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb. Aleksandr Lukaşenko Belarusun vəziyyətin yaxın günlərdə həll olunacağına ümid etdiyini deyib.

Eyni zamanda, dövlət başçıları Lukaşenkonun bu yaxınlarda Azərbaycana səfəri zamanı əldə olunan əməkdaşlıq sahələrinə dair razılaşmaların həyata keçirilməsini ətraflı müzakirə ediblər".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam