Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

"Ermənistan status-kvonu saxlamağa çalışır"

 

“Ermənistan təmas xəttində müxtəlif silahlı təxribatlar törətməklə, mövcud status-kvonu saxlamağa çalışır”

"Xeberinfo.com":  Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, regiondakı prosesləri yaxından izlədiklərini bildirən H. Salber təmas xəttindəki vəziyyətdən narahatlıqlarını ifadə edərək münaqişənin həll olunmasına hazırda həmişəkindən daha çox ehtiyac duyulduğunu deyib.
O, təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığı genişləndirərək regiondakı münaqişələrin həllinə öz töhfəsini vermək niyyətində olduğunu vurğulayıb.
Ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həllində və bununla bağlı aparılan danışıqlar prosesində ən maraqlı tərəf olduğunu deyən dövlət başçısı Azərbaycan torpaqlarının 20 faizdən çoxunun işğala məruz qaldığını və bu vəziyyətin uzun illər davam etdiyini, atılan addımların heç bir nəticə vermədiyini qeyd edib. Prezident İlham Əliyev bildirib ki, danışıqlar masasında irəli sürülən təşəbbüslərə əngəllər yaradan Ermənistan təmas xəttində müxtəlif silahlı təxribatlar törətməklə mövcud status-kvonu saxlamağa çalışır. Dövlət başçısı Avropa İttifaqının münaqişənin həlli ilə bağlı konkret mövqe nümayiş etdirməməsini də təəssüflə qeyd edib.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam