Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rəisin hakim oğlu

 

    "xeberinfo.com": Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da... Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

   Bu dəfə “Məşhurların övladları” rubrikasında son vaxtlar adı medianın gündəmindən düşməyən Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun oğlu barədə məlumatlar yayılıb.

  Tağı Əhmədovun iki oğlu var. Onlardan biri Xətai rayon Məhkəməsində, digəri Xarici İşlər Nazirliyində işləyir.

   “Mənim iki oğlum var. Biri Xətai Rayon Məhkəməsində hakimdir. O biri də Xarici İşlər Nazirliyində işləyir. Hər ikisi haqqında başqalarından məlumat ala bilərsiniz ki, özlərini necə aparırlar” -deyə Tağı Əhmədov bir müddət öncə  oğlanlarının tərbiyəli, mərifətli övladlar olduğunu vurğulamışdı.

   Tağı Əhmədovun xanımı Salatın Əhmədli isə  müsahibəsində övladları haqda bunları deyib: “Hər anaya övladı əziz və şirindi. Heç vaxt ana övladının yaxşı cəhətini qoyub nöqsanını danışmaq istəməz. Amma nə yaxşı ki, mənim övladlarım layiqli böyüdülər. Hərəsi iki universitet bitirib, ailə-uşaq sahibdirlər. Atalarından fərqli olaraq bədii yaradıcılığa heç birində meyli yoxdu. Ana kimi heç vaxt övladlarımı əzizləməmişəm, həmişə onlarla ciddi olmuşam. Kişini kişi kimi böyütmək lazımdı”. 

    Rauf Əhmədov Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun böyük oğludur. 

     1974-cü ildə doğulan Rauf Əhmədov 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Rauf Əhmədov 2001-2004-cü illərdə Respublika Apellyasiya Məhkəməsində iclas katibi vəzifəsində çalışıb. 2004-2007-ci illərdə isə Respublika Apellyasiya Məhkəməsinin İcra şöbəsində icra məmuru işləyib. Daha sonra 2007-2010-cu illərdə Bakı Apellyasiya Məhkəməsinin İcra şöbəsində böyük icra məmuru vəzifəsini tutub.

   Rauf Əhmədov 2010-cu ildə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyinat alıb. O, hazırda da həmin vəzifədə çalışır.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam