Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Naxçıvanda hərbi təlimlər 3 gün əvvəldən başlayıb–VİDEO+FOTOLAR

  
                Naxçıvandakı ordu birləşmələrimiz taktiki əməliyyat təlimlərə indidən başlayıb.
Yenixeber.org: Müdafiə Nazirliyinin yaydığı bir xəbər belə düşünməyə əsas verir.
 
Məlumatda bildirilir ki, Əlahiddə Ümumqoşun Ordunun tankçıları gecə və gündüz şəraitində keçirilən məşğələlərdə peşəkarlıq nümayiş etdirirlər.
 
Əlahiddə Ümumqoşun Ordunun tank birləşmələrində keçirilən məşğələlərdə əsas diqqət şəxsi heyətin çətin relyefli ərazilərdə zirehli tank texnikalarını idarə edərək döyüş meydanında hədəfləri məhv etmək vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
 
Təlim mərkəzlərində sürücülük və atəş bacarıqları yoxlanılan heyətlər zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsini icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.
 
Plana uyğun olaraq gecə vaxtı çətin relyef və məhdudgörmə şəraitində təşkil olunan məşğələlərdə ekipajların müasir tank texnikaları ilə minalı sahələrdən, süni və təbii maneələrdən keçməklə atəş tapşırıqlarını yerinə yetirmələri praktiki məşq etdirilir.
 
Qeyd edək ki, Azərbaycan Ordusu martın 15-də əməliyyat-taktiki təlimləri keçirməyi planlaşdırır. Ermənilərin kürkünə birə salan bu Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.
 
Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.
 
Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.
 
 

  
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam